...

Babadağda ölən şəxsin meyiti tapılaraq təhvil verilib

Hadisə Materials 9 Avqust 2022 19:44 (UTC +04:00)
Babadağda ölən şəxsin meyiti tapılaraq təhvil verilib

Bakı. Trend:

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Trend-in xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparıblar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunub. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti