Bakı. Trend:
Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Trend-ə Xidmətdən məlumat verilib.
Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli
bilinərək həbs edilmiş şəxs Elmin Vilayət oğlu Cəfərova qardaşı
Saatlı rayon sakini Elvin Vilayət oğlu Cəfərov tərəfindən
gətirilmiş sovqata baxış keçirilən zaman oradakı gödəkçənin astar
hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş kağız bükülülərdə
ümumi çəkisi 2,522 qram olan narkotik maddə - tiryək və ümumi
çəkisi 0,766 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.