...

Gədəbəydə evdə meyit tapılıb

Hadisə Materials 25 Avqust 2022 15:02 (UTC +04:00)
Gədəbəydə evdə meyit tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gədəbəy rayonunun Söyüdlü kəndində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti