...

Azərbaycan Dövlət Aqrar Universitetində yanğın olub

Hadisə Materials 13 Sentyabr 2022 14:19 (UTC +04:00)
Azərbaycan Dövlət Aqrar Universitetində yanğın olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində binanın zirzəmisində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Yanğın saat 12:45-də söndürülüb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti