...

Bakıda naməlum şəxs avtobusa hücum edib (VİDEO)

Hadisə Materials 20 Sentyabr 2022 13:23 (UTC +04:00)
Bakıda naməlum şəxs avtobusa hücum edib (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda marşrut avtobusuna hücum edilib.

Trend-in məlumatına görə, hadisə "Xaliq Faiqoğlu" şirkətinə məxsus 85 saylı avtobusda baş verib. Marşrut üzrə hərəkət edən avtobus dayanacaqda olarkən naməlum şəxs avtobusa yaxınlaşaraq sürücünü nalayiq söyüşlərlə təhqir edib. Sərxoş vəziyyətdə olan həmin şəxs daha sonra sürücüyə hücum edib. Sürücüyə əl-qol atan həmin şəxs həmçinin avtobusun şüşəsini qırıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək həmin şəxsi ərazidən uzaqlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti