Bakı. Trend:
Erməni diversiya qrupunun Daşkəsəndə basdırdığı mina zərərsizləşdirilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 01-02 oktyabr 2022-ci il tarixlərdə erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.
Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.