...

Siyəzəndə iki yük avtomobili toqquşub

Hadisə Materials 12 Oktyabr 2022 14:23 (UTC +04:00)
Siyəzəndə iki yük avtomobili toqquşub

Bakı. Trend:

Siyəzəndə iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə, Siyəzən rayonunun Yenikənd kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” və “DAF” markalı iki yük avtomobili toqquşub, nəqliyyat vasitələrindən birində sürücü sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti