...

Şabranda narkotik alverçiləri həbs edilib

Hadisə Materials 31 Oktyabr 2022 10:17 (UTC +04:00)
Şabranda narkotik alverçiləri həbs edilib

Bakı. Trend:

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Ruslan Əliyev və Mahir Quliyev saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 161,4 qram həşiş aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti