...

Şirvanda avtomobil təmiri sexi yanıb

Hadisə Materials 29 Noyabr 2022 08:33 (UTC +04:00)
Şirvanda avtomobil təmiri sexi yanıb

Bakı. Trend:

Şirvan şəhərində ümumi sahəsi 200 m² olan bir-birinə bitişik beş boksdan ibarət avtomobil təmiri sexinin sahəsi 40 m² olan boksunun dam örtüyünün taxta atmaları 6 m² sahədə, içərisində təmirə dayanan "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti