...

Abşeron rayonunda ev yanıb

Hadisə Materials 3 Dekabr 2022 08:11 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Novxanı kəndində ümumi sahəsi 170 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 18 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti