...

Kürdəmirdə avtomobil kanala düşüb, ölən var

Hadisə Materials 6 Dekabr 2022 10:16 (UTC +04:00)
Kürdəmirdə avtomobil kanala düşüb, ölən var

Bakı. Trend:

Kürdəmirdə avtomobil kanala düşüb, ölən var.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Qarasaqqal kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili dərinliyi təqribən 2 metr olan su kanalına aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti