Bakı. Trend:
Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə avtomobil idarə edərək özü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zaman “VAZ-2106” markalı avtomobili idarə edən sürücü, rayon sakini İlqar Seyidzadə qaydaları pozduğu üçün yol polisi əməkdaşı tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı onun sürücülük hüququ olmadan sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi aşkarlanıb. Həmin şəxs barəsində protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə İ.Seyidzadə 15 sutka inzibati həbs olunub.
Qeyd edək ki, İ.Seyidzadə cari il ərzində artıq ikinci dəfə sərxoş vəziyyətdə (birinci dəfə narkotik vasitənin təsiri altında) avtomobil idarə etdiyi üçün barəsində qanunamüvafiq tədbir görülüb. Onun sosial şəbəkə səhifələrində yol polisi əməkdaşları tərəfindən guya qanunsuz saxlanılması barədə səsləndirdiyi iddialar isə əsassızdır.