...

Xaçmazda ər arvadını bıçaqlayıb

Hadisə Materials 6 Yanvar 2023 18:45 (UTC +04:00)
Xaçmazda ər arvadını bıçaqlayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 6-sı Xaçmaz rayonunun Hacılar kəndi ərazisində 1991-ci il təvəllüdlü Aynur Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon prokurorluğundan Trend-ə bildirilib ki, aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Allahverdi Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynur Əhmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, Allahverdi Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti