...

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Hadisə Materials 7 Yanvar 2023 10:33 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarılan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı doqquz fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti