...

Beyləqanda traktora qoşulan 3 qoşqu ot bağlaması ilə birgə yanıb

Hadisə Materials 7 Yanvar 2023 16:15 (UTC +04:00)
Beyləqanda traktora qoşulan 3 qoşqu ot bağlaması ilə birgə yanıb

Bakı. Trend:

Beyləqan rayonunun Tatalılar kəndində traktora qoşulan 3 ədəd qoşqunun yanar hissələri və qoşqulara yığılan 8 ton ot bağlamasının 3 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti