...

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Hadisə Materials 9 Yanvar 2023 23:58 (UTC +04:00)

Bakı. Trend:

Göygöl rayonunun Topalhəsənli kəndində ümumi sahəsi 392 m² (hər mərtəbəsi 196 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın taxtadan ibarət divar üzlüyü 3 m² sahədə və 1 m² sahədə pilləkən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti