...

Bakı metrosunda qatarda nasazlıq yaranıb, sərnişinlər düşürülüb

Hadisə Materials 13 Yanvar 2023 08:12 (UTC +04:00)
Bakı metrosunda qatarda nasazlıq yaranıb, sərnişinlər düşürülüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Saat 7:26-da "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə baxış keçirilməsi zərurəti yaranıb.

Trend xəbər verir ki, təlimat tələbənə uyğun, sərnişinlər düşürülüb və qatar "İçərişəhər" stansiyasında baxış-dayanma dalanı olmadığı üçün ən yaxın məntəqə kimi "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib və xətlər üzrə ehtiyat qatar da hərəkət edib. Depoya göndərilən qatara baxış keçirilib, problem aşkarlanmayıb və marşrutlardan biri üzrə xəttə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti