...

Bakıda əcnəbi qarət olundu

Hadisə Materials 14 Yanvar 2023 11:41 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda xarici ölkə vətəndaşı qarət edilib.

Daxili İşlər Naazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 11-də bir əcnəbi vətəndaşın bank kartını itirməsi və hesabından 358 manatının çıxarılaraq oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zəngilan rayon sakini Hafiz Tağıyev və Bakı şəhər sakini Məhəmməd İlyasov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti