...

Sabunçuda birmərtəbəli evdə yanğın olub

Hadisə Materials 19 Yanvar 2023 02:16 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti