...

Tovuzda ocaqda çörək bişirən iki qadın qəlpə yarası alıb

Hadisə Materials 22 Yanvar 2023 19:27 (UTC +04:00)

Bakı. Trend:

Tovuzda gəlin və qaynanası naməlum cismin partlaması nəticəsində xəsarət alıb.

Trend xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

İlkin məlumata görə, hər iki şəxs yaşadığı evdə ocaqda çörək bişirən zaman naməlum əşya partlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti