...

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib

Hadisə Materials 31 Yanvar 2023 23:36 (UTC +04:00)
Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib

Bakı. Trend:

Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov həbs edilib.

Trend xəbər verir ki, Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

Tofiq Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti