...

Gəncədə narkokuryer saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 2 Fevral 2023 11:37 (UTC +04:00)
Gəncədə narkokuryer saxlanılıb (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

DİN-dən Trend-ə bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Ramil Əliyev sosisal şəbəkələr üzərindən İran vətəndaşından Gəncə şəhəri ərazisində gizlədilən narkotik vasitəni 6000 manat qarşılığında Bakı şəhərinə gətirməyə razılaşıb. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 9 kq 507 qram narkotik maddə olan “heroin” və 30 ədəd “metadon” həbi aşkarlanarq götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, fakla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti