...

Güclü külək Bakıda daha 13 ağacı sındırıb (FOTO)

Hadisə Materials 9 Fevral 2023 16:11 (UTC +04:00)
Güclü külək Bakıda daha 13 ağacı sındırıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində daha 13 ağacın sınması faktı qeydə alınıb. Həmin ağaclar kəsilərək, ərazi təmizlənib.

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Trend-ə bildirilib.

Məlumata görə küləkli hava şəraiti ilə əlaqədar birlikdə operativ qruplar yaradılıb və ağacların qırılmasına dair məlumat daxil olduqda onlar dərhal hadısə yerinə gələrək fəsadları aradan qaldırırlar.

Xatırladaq ki, gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ağaca ziyan dəyimişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti