...

Bakıda xadimə işlədiyi evdən 40 min manata yaxın pul oğurladı

Hadisə Materials 17 Fevral 2023 12:49 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda xadimə evdən külli miqdarda oğurluq edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai rayonunun N.Əliyev küçəsindəki mənzillərin birindən 38.750 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğun həmin mənzildə xadimə işləyən Ləman Cahangirova tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Araşdırmalarla xadimənin ötən il dekabrın 28-dən cari il fevralın 14-nə dək olan müddətdə həmin mənzildə ev sahiblərinə məxsus seyfdən, gizli saxlanc yerindən və əl çantasından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 38.750 manatı gizli yolla talaması müəyyən olunub.

Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.

L.Cahangirova şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti