...

Gömrükdə narkotik vasitə və psixotrop maddələr aşkarlandı

Hadisə Materials 6 Mart 2023 15:59 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, “Culfa” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin sürücüsü şəxsi yoxlamaya cəlb edilib. Bu zaman sürücünün üzərindən təmiz çəkisi 1.452 qram narkotik vasitə - marixuana, 3.066 qram psixotrop maddə - metamfetamin, 6.199 qram narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti