...

Keçmiş arvadını 14 bıçaq zərbəsi ilə öldürən şəxsin məhkəməsi başladı

Hadisə Materials 17 Aprel 2023 16:21 (UTC +04:00)
Keçmiş arvadını 14 bıçaq zərbəsi ilə öldürən şəxsin məhkəməsi başladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan İlqar Qəribovun işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihama görə, İlqar Qəribov keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Raminə Qəribovaya 14 bıçaq zərbəsi vurmaqla qətlə yetirib.

İlqar Qəribov özünü cinayətdə təqsirli qismən təqsirli bilir. Bildirib ki, o hadisəni qısqanclıq zəminində törədib.

İttihama görə, İ. Qəribov Bakının Xətai rayonu, M. Hadis küçəsindəki evdə keçmiş həyat yoldaşı R. Qəribovaya 14 bıçaq zərbəsi endirməklə onu qətlə yetirib.

Q. Qəribova qarşı Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti