...

Bakıda yataqxana binasında baş verən yanğın zamanı sakinlər təxliyə edilib (VİDEO)

Hadisə Materials 24 Aprel 2023 22:07 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın zamanı sakinlər təxliyə edilib.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğın binanın 4 və 5-ci mərtəbələrində qeydə alınıb.

Qeyd edək ki, yanğın artıq söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti