...

Bakıda yanacaqdaşıyan vaqon relsdən çıxıb, yanacaq ətrafa dağılıb (VİDEO)

Hadisə Materials 2 May 2023 11:11 (UTC +04:00)
Bakıda yanacaqdaşıyan vaqon relsdən çıxıb, yanacaq ətrafa dağılıb (VİDEO)

Bakı. Trend:

Bakıda yanacaqdaşıyan vaqon relsdən çıxıb, yanacaq ətrafa dağılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxması və yanacağın ətrafa dağılması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti