...

"Şıxov" çimərliyinin qarşısından keçən yolda polis maşını piyadanı vurub

Hadisə Materials 10 May 2023 20:01 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Salyan şosesində, "Şıxov" çimərliyinin qarşısından keçən yolda polis maşını piyadanı vurub.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, saat 18:40 radələrində "BMW" markalı 99-YP-849 dövlət nömrə nişanlı patrul avtomobili sürət həddi yüksək olan yolda, yolun müəyyən olunmayan hissəsindən anidən yola daxil olan 30-35 yaş arası qadını vurub:

"Hadisə baş verən ərazidə müşahidə kameralarına baxış zamanı qadının anidən yola daxil olaraq yolu qaçaraq keçmək istədiyi aydın görünür. Bu zaman qəza baş verib, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır".

Xəbər lenti

Xəbər lenti