...

Şabranda 65 yaşlı kişi itkin düşüb

Hadisə Materials 29 May 2023 09:38 (UTC +04:00)
Şabranda 65 yaşlı kişi itkin düşüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şabranda 65 yaşlı kişi itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Şabran rayonunun Qələgah kənd sakini, 1958-ci il təvəllüdlü Ənvər Müslümov may ayının 25-i saat 04:00 radələrində yaşadığı evdən "Mersedes" markalı avtomobil ilə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Qeyd edək ki, həmin avtomobil bir müddət sonra kənd ərazisində aşkar edilib.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994)70-233-27-23 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti