Bakı. Trend:
Bakıda mağaza yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45 kv.m olan mağazanın yanar konstruksiyaları 2 kv.m sahədə yanıb.
Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.