...

Qaydaları pozan sürücünün narkotikin təsiri altında olduğu məlum olub

Hadisə Materials 7 İyul 2023 09:50 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə rayon sakini Ələsgər Soltanov saxlanılıb. Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili hüququ olmadan və eyni zamanda, narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.

Aşkarlanan xətalara görə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Ə.Soltanov məhkəmənin qərarına əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti