Bakı. Trend:
Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun axtarışlarına başlayıblar.
Havanın küləkli və kanalda su axınının sürətinin yüksək olmasına baxmayaraq, hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.