...

Ötən gün axtarışda olan 76 nəfər saxlanılıb

Hadisə Materials 4 Avqust 2023 09:48 (UTC +04:00)
Ötən gün axtarışda olan 76 nəfər saxlanılıb

Bakı. Trend:

Avqustun 3-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti