...

Nəqliyyat vasitəsindən külçə gümüşlər aşkar edilib

Hadisə Materials 16 Avqust 2023 14:50 (UTC +04:00)
Nəqliyyat vasitəsindən külçə gümüşlər aşkar edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “pambıq lifinin tullantıları” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Trend Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun ön hissələrindəki boşluqlardan 11 ədəd külçə formasında, üzəri falqa ilə örtülmüş 14 bükümdə isə qırıntı halında olmaqla 990 əyarlı, ümumilikdə çəkisi 36,946 kq, dəyəri 41436 Azərbaycan manatı olan gümüş aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti