Bakı. Trend:
Qusar rayonunda yerləşən istirahət mərkəzlərindən birində 5 nəfər zəhərlənib.
Trend xəbər vrerir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Qusar rayonunda istirahət mərkəzində baş verən hadisənin səbəbləri, həmçinin, qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Vurğulanıb ki, araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.