...

Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb (YENİLƏNİB)

Hadisə Materials 4 Sentyabr 2023 20:41 (UTC +04:00)
Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü Elşən İslamov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

xxx

20:12

Şirvan sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y.Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti