...

65 yaşlı kişini maşın vurub öldürdü

Hadisə Materials 23 Sentyabr 2023 15:26 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Masallıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Yeddioymaq kəndi ərazisində qeydə alınıb.

Sakit Rəhimov idarə etdiyi "Hyundai Azero" markalı avtomobillə hərəkətdə olarkən, piyada 65 yaşlı Xanağa Abdullayevi vurub.

Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, piyada aldığı xəsarətdən xəstəxanada ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti