Bakı. Trend:
Sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.