...

Bakıda birmərtəbəli ev yanıb

Hadisə Materials 10 Oktyabr 2023 23:26 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəx mebeli 5 p.m və 1 ədəd soyuducu qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti