...

Minalı əraziyə daxil olmaq istəyən 8 nəfər saxlanıldı

Hadisə Materials 16 Oktyabr 2023 18:22 (UTC +04:00)
Minalı əraziyə daxil olmaq istəyən 8 nəfər saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Minalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.

Oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.

Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti