...

Tərtərdə mina partlayışı ilə bağlı araşdırma aparılır

Hadisə Materials 5 Noyabr 2023 15:52 (UTC +04:00)
Tərtərdə mina partlayışı ilə bağlı araşdırma aparılır
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 5-i saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlaması nəticəsində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə nəticəsində rayon sakini 1960-ci il təvəllüdlü Asif Hüseynov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası və çox saylı qəlpə yarası xəsarətləri alıb.

Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti