...

Ağsuda yol qəzası baş verib, xəsarət alanlar var

Hadisə Materials 9 Noyabr 2023 18:58 (UTC +04:00)
Ağsuda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı. Trend:

Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Ağsunun Qaraqoyunlu kəndindən keçən hissəsində baş verən qəzada 10 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan sürücü və sərnişinlər xəsarət alıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 nəfər xəstəxanaya çatdırılıb.

Fakta bağlı araşdırma aparılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti