...

Bakıda 80 min manatlıq OĞURLUQ - Bir nəfər işi deyil...

Hadisə Materials 15 Noyabr 2023 23:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80 000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti