...

Kişi həyat yoldaşını bıçaqladı, özünə də xəsarət yetirdi

Hadisə Materials 27 Noyabr 2023 19:55 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqanda kişi həyat yoldaşını bıçaqlayıb.

Trend xəbər verir ki, 1993-cü il təvəllüdlü Abuzərov Ramiz Eldar oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Abuzərova Ülkər Mahir qızına ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirib.

R.Abuzərov bundan sonra özünü də yaralayıb.

Xəsarət alan hər iki şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti