...

Sumqayıtda mikroavtobus yanıb, 1 nəfər xəsarət alıb

Hadisə Materials 28 Noyabr 2023 08:47 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıt şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət qarajın yanar konstruksiyaları, “Mercedes” markalı mikroavtobusun yanar hissələri və yaxınlıqda 10 ədəd ağac yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti