Bakı. Trend:
Balakən şəhərində ümumi sahəsi 25 m² olan dərzi sexinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 25 m² olan parça satışı mağazasının lambirdən ibarət tavanı 2 m² sahədə və içərisində 2 ədəd parça bağlaması yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, mağazanın qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.