...

Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər (FOTO)

Hadisə Materials 3 Dekabr 2023 13:30 (UTC +04:00)
Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər (FOTO)

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən profilaktiki tədbirlər nəticəsində Ağsu rayon və Mingəçevir şəhər sakinlərindən 2 ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti