...

Bərdə sakindən 3 kiloqrama yaxın marixuana aşkarlanıb (FOTO)

Hadisə Materials 14 Dekabr 2023 00:17 (UTC +04:00)
Bərdə sakindən 3 kiloqrama yaxın marixuana aşkarlanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qarayusifli kənd sakini İsrəfilov Seymur Allahverən oğlu saxlanılıb, həmin şəxsin yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.

Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən bildirilib.

Həmin şəxsin əlaqəsində olan şəxslərin müəyyən olunması istiqamətində Bərdə RPŞ araşdırma aparılır.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti