...

Bakıda qazanxanada partlayış - Yaxınlıqdakı binanın şüşələri sındı, bir maşın yararsız hala düşdü (YENİLƏNİB)

Hadisə Materials 6 Fevral 2024 08:45 (UTC +04:00)
Bakıda qazanxanada partlayış - Yaxınlıqdakı binanın şüşələri sındı, bir maşın yararsız hala düşdü (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayış hadisəsinin baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub.

Həmçinin, yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. Hadisə zamanı 1 nəfər vətəndaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

xxx

05:34

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxanasında partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Məlumata əsasən, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Partlayışın dalğasının təsirindən ətrafdakı minik avtomobillərə ziyan dəyib.

Baş verən partlayış nəticəsində bir nəfər xəsarət adığı bildirilib. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti